AZ

Dövlət Agentliyi şəhid ailə üzvlərinə və yaralılara müayinə və müalicə xidmətlərinə görə 71 840 AZN xərcləyəcək

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “YAŞAT” Fonduna 2025-ci ildə müraciət edən şəhid ailə üzvlərinə və yaralılara müayinə və müalicə xidmətlərinə görə 71 840 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, qurum “Bona Dea” MMC (35 144 AZN), “İNK İnternational İnşaat ve İthalat İhracat Limited Şirketi Acilyolcu Turizm” (24 636 AZN), Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası (4 000 AZN) və “Azərimed” QSC (8 060 AZN) ilə müqavilə bağlayıb.

 

Bu müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 12 Mart 2025, 10:41   
Seçilən
23
pravda.az

1Mənbələr