BAKI,TurkicWorld
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apararaq, ABŞ kəşfiyyatının Ukraynaya məlumat ötürməsinin bərpa olunacağına ümid etdiyini bildirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, iki liderin söhbəti ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanındakı danışıqları ərəfəsində baş tutub.
"Baş nazir danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib, bu isə ABŞ-ın yardımı və kəşfiyyat məlumatlarının bərpasına imkan yaradar", – deyə Britaniya hökumətinin saytında dərc olunan bəyanatda qeyd olunub.
Starmer Trampa həftə sonu Londonda Ukrayna ilə əlaqə qurduğunu və tərəflərin sülhə nail olmaq istədiklərini vurğulayıb.
Pentaqon bu məsələni şərh etməyə hazır olmadığını qeyd edib.