AZ

NBA: Lider növbəti qələbəsini qazanıb

Bakı, 12 mart, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən gecə daha dörd qarşılaşma təşkil olunub.

Günün mərkəzi görüşündə “Klivlend Kavalyers” doğma meydanda “Bruklin Nets”ə 109:104 hesabı ilə qalib gəlib. Qalib komandanın ən məhsuldar oyunçusu 30 xalla Darius Qarland olub. Carrett Allen 23 xal və 13 ribaundla dabl-dabl edib, Evan Mobli isə 21 xal toplayıb. Qonaqların heyətində Kemeron Tomas 27, Kemeron Conson 17, Zair Uilliams 14 xalla yadda qalıb.

Bu nəticədən sonra “Klivlend Kavalyers” Şərq Konfransının turnir cədvəlində liderliyini möhkəmlədib. “Bruklin Nets” isə 12-ci pillədə qərarlaşıb.

Matçların nəticələri

“Detroit Pistons” – “Vaşinqton Vizard” – 123:103

“İndiana Peysers” - "Miluoki Buks" – 115:114

“Klivlend Kavalyers” - “Bruklin Nets” – 109:104

“Nyu Orlean Pelikans” - “Los-Anceles Klippers” – 127:120.

Seçilən
9
azertag.az

1Mənbələr