AZ

Ermənistanda qar uçqununda itkin düşən əcnəbi turistin meyiti tapılıb

Martın 11-də Ermənistanın Araqatsotn vilayətindəki Araqats dağ massivinin şimal yüksəkliklərində qar uçqunu nəticəsində itkin düşən səyyahın meyiti tapılıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə məlumatı bu ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, hadisə 9 turistin ərazidəki gəzintisi zamanı baş verib. Əcnəbi turistin axtarışlarına polis əməkdaşları, yanğınsöndürənlər, eləcə də xilasetmə qüvvələri cəlb edilmişdi.

Seçilən
12
2
apa.az

3Mənbələr