Xəbər verildiyi kimi, ötən həftə Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Yegişe Kirakosyan istefa verib.
Tribunainfo.az xəbər verir ki, o, bu addımını elm sahəsinə keçidi ilə əlaqələndirib.
Lakin “Hraparak” qəzeti başqa iddia ilə çıxış edib. Qəzet yazıb ki, Ermənistan hökumətinin AİHM-dəki nümayəndəsi Yeqişe Kirakosyanın istefaya göndərilməsi kənar tərəfin tələbi ilə olub. “Həmin kənar qüvvə isə Azərbaycandır”.