Qrenlandiyanın müstəqilliyi ilə bağlı referendumun keçirilməsinin tərəfdarı olan "Demokratlar" partiyası adanın parlamentinə keçirilən seçkilərdə 29,9% səslə qalib gəlir.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İkinci yeri, ilkin hesablamalara görə, 24,1% səs toplayan "Vekha" partiyası tutur. Bu siyasi qüvvənin nümayəndələri adanın qeyd-şərtsiz müstəqilliyinin tərəfdarıdırlar.
Üçüncü yerə Qrenlandiyanın müstəqilliyi ilə bağlı referendumun keçirilməsini ümumiyyətlə dəstəkləyən, lakin xalq səsverməsinin vaxtı ilə bağlı hələ qərar verməyən Xalq İcması partiyası, həmçinin Qrenlandiya parlamentinə də daxil olmuş "İrəli" partiyası qərarlaşıb.