Cari ilin yanvar ayında, ümumiyyətlə 55,9 milyon ədəd mobil bankçılıq əməliyyatı aparılmışdır
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Fuad İsayev Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.
O bildirib ki, rəqəmsal maliyyə həllərinin inkişafı maliyyə əlçatanlığının artırılmasında mühüm rol oynayır. Belə ki, son dövrlərdə biz mobil bankçılığın, eyni zamanda onlayn ödəniş sistemlərinin genişlənməsi və fintex sektorunun yayılmasının şahidi oluruq. Xüsusilə son illərdə elektron ödəniş sistemlərinin və mobil bankçılığın tətbiqlərinin biz populalyarlaşmasını görürük.
"Mərkəzi Bank tərəfindən açıqlanan statistik rəqəmlərə baxsaq, cari ilin yanvar ayında ümumiyyətlə 55,9 milyon ədəd mobil bankçılıq əməliyyatı aparılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faizdən çox artım deməkdir" -deyə baş direktor qeyd edib.