AZ

BNMİ-dən növbəti əməliyyat: 32 kiloqram narkotik vasitə aşkarlandı (FOTO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi vəsatışına qarşı keçirilən sonuncu tədbir zamanı 32 kiloqram tərkibipsixotrop maddələrlə zənginləşdirilmiş marixuana dövriyyədənçıxarılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.

Belə ki, daxil olan məlumat əsasında paytaxtın Nərimanovrayonunda baş tutan əməliyyat nəticəsində əvvəllər soyğunçuluq,avtomobil qaçırtma və narkotiklərlə əlaqəli cinayətlərə görədəfələrlə məhkum edilmiş 37 yaşlı Kənan Salmanov tutulub. Narkotikvasitələr həmin şəxs saxlanılarkən onun idarə etdiyi nəqliyyatvasitəsindən aşkarlanıb.

K.Salmanov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindəkigizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrıünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxsməhkəmənin qərarı ilə həbs olunub.

Ölkə ərazisində polis əməkdaşları tərəfindən narkotikvasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətindəmübarizə davam etdirilir.

BNMİ-dən
BNMİ-dən
Məqalədə:
Seçilən
23
3
az.trend.az

10Mənbələr