AZ

“Bu cür məsələlər təyyarəyə ehtiyat hissələrini qadağa etmək hədəsi ilə həll olunmur” - CAVAB

ABŞ Konqresində ikipartiyalı qanunvericilər qrupunun iqtisadçı Qubad İbadoğlunun azad olunması tələbi ilə qanun layihəsi hazırlaması müzakirəyə səbəb olub. Belə ki, “Azərbaycan Təyyarə Mühərriklərinin İxracına Məhdudiyyətlər Aktı” adlı qanun layihəsində Q.İbadoğlu azad olunana qədər Azərbaycanın təyyarələrinə ehtiyat hissələrinin ixracının qadağan edilməsi nəzərdə tutulur.

 

Məsələni şərh edən siyasi şərhçi Abutalıb Səmədov Pravda.az-a açıqlamasında deyib ki, bu cür məsələlər təyyarəyə ehtiyat hissələrini qadağa etmək hədəsi ilə həll olunmur:

 

“Azərbaycan hüquq dövlətidir. Hüquq əsasında da məsələ həll olunacaq. Qubad İbadoğlunun günahsız olduğu məhkəmə tərəfindən müəyyən ediləcəksə, təbii ki, o, azadlığa buraxılacaq. Haqqında cəza tədbiri görüləcəksə, bundan sonra Azərbaycan Prezidenti zəruri sayarsa, müdaxilə edib, onu əfv edə bilər. Yəqin ki, bunu ABŞ-nin qanunvericiləri də bilirlər, yaxud bilməlidirlər. Belə məsələlər tələb qoymaqla, müəyyən hədələrlə həll olunmur. Ümid edək ki, Qubad İbadoğlunun haqqında məhkəmə cəza tədbiri görməyəcək. Bütün məsələlər məhkəmənin qərarı ilə həll olunacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Mart 2025, 10:57   
Seçilən
12
pravda.az

1Mənbələr