AZ

“Dövlətimiz hərbi qulluqçuların sosial rifahına xüsusi önəm verir”- Cəsarət Hüseynzadə

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a açıqlamasında Azərbaycan dövlətinin hərbi qulluqçuların sosial rifahının gücləndirilməsinə xüsusi önəm verdiyini bildirib.

QHT sədri bu istiqamətdə həyata keçirilən proqramların ordumuzun fədakar əsgər və zabitlərinə göstərilən yüksək qayğının bariz nümunəsi olduğunu qeyd edib:

“131 hərbi qulluqçunun yeni mənzillə təmin olunması isə bu siyasətin ardıcıl və davamlı olduğunu bir daha təsdiq edir. Bu günədək 4167 hərbçinin dövlətin sosial proqramı çərçivəsində mənzil sahibi olması ordumuzun mənəvi-psixoloji hazırlığının daha da möhkəmləndirilməsinə xidmət edir”. 

Cəsarət Hüseynzadə vurğulayıb ki, xüsusilə Vətən Müharibəsində qələbəni təmin edən qəhrəman hərbçilərimizin həyat şəraitinin yaxşılaşdırılması onların fədakarlığının dəyərləndirildiyini göstərir:

“Vətənin müdafiəsində canını əsirgəməyən hərbi qulluqçularımızın rifahı üçün görülən bu addımlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən biri kimi mühüm əhəmiyyət daşıyır. Biz də vətəndaş cəmiyyəti nümayəndələri olaraq bu cür təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Azərbaycan ordusunun qüdrətinin yalnız döyüş meydanında deyil, eyni zamanda hərbçilərə göstərilən sosial qayğı və diqqətlə də ölçüldüyünü bir daha vurğulamaq istərdik. Qəhrəman hərbçilərimiz üçün yaradılan bu imkanlar onların xidmətinə verilən dəyərin göstəricisidir”.

Seçilən
27
qht.az

1Mənbələr