“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə keçiriləcək cavab oyunu öncəsi fikirlərini bildirib.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis növbəti mərhələyə adlayacaqlarından əmin danışıb.
O, komandasının matça hazır olduğunu söyləyib: “Matça tam hazır və motivasiyalı şəkildə çıxırıq. Bu turnirdə həmişə belə olub. Qarşımıza çıxacaq çətinlikləri nəzərə alırıq. Bizim üçün xüsusi olan Çempionlar Liqasında mübarizəni davam etdirəcəyimizə əminik”.
Qeyd edək ki, bu gün “Metropolitano” stadionunda keçiriləcək Madrid derbisi Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Real” ilk matçda 2:1 hesablı qələbə qazanıb.