PSJ klubunun baş məşqçisi Luis Enrike komandasının "Liverpul"la oyun barədə təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, ötən həftə evdə 0:1 hesabı ilə məğlub olan parislilər "Enfild"də yenilginin əvəzini çıxa bilib.
Səfərdə eyni hesabla qalib gələn, daha sonra penaltilər seriyasında rəqibini üstələyən Fransa nəhəngi Çempionlar Liqasının 1/4 finalına yüksəldilər.
PSJ-nin baş məşqçisi Enrike iddialı açıqlama verib: “Bu, sadəcə başlanğıcdır. Biz daha da yaxşı olmaq istəyirik. Harada oynasaq, öz futbolumuzu göstərəcəyik. Mən çox xoşbəxtəm və nə deyəcəyimi belə bilmirəm. Mən bu gözəl komanda ilə fəxr edirəm".
PSJ 1/4 finalda "Aston Villa" və ya "Brügge" komandalarından biri ilə qarşılaşacaq. Belçikada baş tutan ilk oyun birmingemlilərin qələbəsi ilə (3:1) başa çatıb. Cavab görüşü bu gecə baş tutacaq.
Mirağa