AZ

Teymur Mirzəbəyli: "Azərbaycanda hər il 30-dək körpə kistoz fibroz xəstəliyi ilə doğulur""

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hər 500 nəfərdən biri kistoz fibroz xəstəliyindən əziyyət çəkir. Azərbaycanda illik doğum nisbətinin 150 min nəfərə yaxın olduğunu nəzərə alsaq, deyə bilərik ki, 30 körpə bu xəstəliyə sahib olur".
Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Kistoz Fibroz Günü" adlı konfransda çıxışı zamanı TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli deyib.
O bildirib ki, tez-tez rast gəlinən xəstəliklərin aşkarlanması asan olsa da, nadir xəstəliklərin müəyyən edilməsi çətin olur:
"Kistoz fibroz xəstəliyi genetik xəstəliklər sırasına aid olduğuna görə nadir xəstəlik sayılır. Bu xəstəliyin aşkarlanmasında daban testi mühüm əhəmiyyət kəsb edir. Bu xəstəlik erkən yanaşma tələb edir. Uzun müddət həkim nəzarəti olmalıdır. TƏBİB bunların hər birini nəzərə alaraq 8 adda müxtəlif dərman vasitələri ilə xəstələri təmin edir. Kistoz fibroz xəstələrinin dərmanlar ilə təmin edilməsinə 2022-ci ildə başlanılıb. Həmin il 46, 2023-cü ildə 54, 2024-cü ildə 65, hazırda isə 76 kistoz fibroz xəstəliyindən əziyyət çəkənlər qeydiyyata alınıb və müxtəlif dərman preparatları ilə təmin edilir".
Aygün Mirakif
Seçilən
12
1
oxu.az

2Mənbələr