AZ

Makron Ukrayna üçün  çağırış etdi: Birləşin…

Vətəninfo.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron martın 11-də Parisdə toplaşan 30-a yaxın ölkənin baş qərargah rəislərini Ukrayna üçün “etibarlı təhlükəsizlik təminatları” yaradan planı hazırlamağa çağırıb .

“Sülh danışıqlarının sürətləndirilməsini nəzərə alaraq, prezident aydınlaşdırıb ki, bu gün biz Ukraynada sabit və davamlı sülhün mümkün olması üçün etibarlı təhlükəsizlik təminatlarının yaradılması üçün konsepsiyadan plana keçməliyik”, – Fransa prezidentinin ofisindən bildirilib.

Həmçinin bildirilir ki, görüş iştirakçıları təhlükəsizlik təminatlarının “NATO və onun imkanlarından ayrılmaması” mövzusunda həmfikirdirlər.

Makronun təşəbbüsü ilə Ukraynada gələcək sülhün təminatına hazır olan ölkələrin hərbi idarə rəhbərlərinin beynəlxalq məsləhətləşmələri keçirilib.

Seçilən
31
1
veteninfo.az

2Mənbələr