AZ

İrandan yekə iddia: “Bölgənin təhlükəsizliyini təkbaşına təmin edə bilərik”

İran ordusunun vitse-admiral Həbibullah Səyyari ölkəsinin adından yekə bir iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, Dəniz Qüvvələrinin komandanlarından biri olan sözügedən şəxs İranın bölgənin təhlükəsizliyini təkbaşına həyata keçirə biləcəyini deyib.

Onun sözlərinə görə, bunun üçün potesialları və imkanları var: “İran təkbaşına regionda sülh və təhlükəsizliyi bərqərar edə bilər. İran dəniz arenasında elə döyüş potensialına malikdir ki, o, yalnız özünün, eləcə də regionun digər ölkələrinin təhlükəsizliyini təmin etmək iqtidarındadır”.

P.S. Səyyarinin açıqlaması Əzrayılın bala paylaması məsəlinə oxşadı. Yəni, bizə dəyməsin, bizdən uzaq olsun, təhlküəsizliyi təmin etməsi də özünə qalsın.

Seçilən
23
tribunainfo.az

1Mənbələr