AZ

Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

AzVision.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.", - deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə aprelin 23-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

AzVision.az

Seçilən
1
31
azvision.az

10Mənbələr