Suriyanın sahil bölgəsində çoxlu sayda insan tələfatı ilə nəticələnən genişmiqyaslı zorakılıqlar Avropa Birliyini narahat edir.
Yenisabah.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas bildirib.
"Əsəd tərəfdarı milislərin təhlükəsizlik qüvvələrinə hücumlarını qətiyyətlə pisləyirik. Həmçinin, mülki şəxslərə qarşı törədilən dəhşətli cinayətləri, o cümlədən, bir çoxunun keçid hakimiyyətinin təhlükəsizlik qüvvələrini dəstəkləyən silahlı qruplar tərəfindən törədildiyi iddia edilən, ayrı-seçkilik olmadan qətlləri ən kəskin şəkildə pisləyirik.
Aİ məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün operativ, şəffaf və qərəzsiz araşdırmaya çağırır. Biz keçid hakimiyyətini Suriya Ərəb Respublikasındakı müstəqil beynəlxalq təhqiqat komissiyasına bütün pozuntuları araşdırmağa icazə verməyə çağırırıq. Belə cinayətlərin təkrarlanmaması üçün mümkün olan hər şeyi etmək lazımdır", - Aİ diplomatı vurğulayıb.
Onun bəyanatında həmçinin Suriya daxilində zorakılığa son qoyulması və bütün tərəflərin ayrı-seçkilik etmədən bütün dini və etnik qruplardan olan suriyalıları müdafiə etməsi çağırışı var.
Telegram kanalımız