Paşinyan bildirib ki, heç kəs onu hakimiyyətə gətirməyib: "2018-ci ilin xalq, qeyri-zorakı, barmaqlı inqilabı hakimiyyətə xalqı gətirdi və mən sadəcə 'xalq hakimiyyətinin müvəqqəti nümayəndəsiyəm', xalq istədiyi zaman məni əvəz edəcək," - deyə qeyd edib.
Bəs Paşinyan niyə öz qərarını pozub və keçmiş prezidentlər arasındakı mübahisəyə müdaxilə edib? "GD"-dəki mənbənin fikrincə, Gümrüdə baş tutmayan uğursuz səfərdən sonra Paşinyan, hakimiyyətin reytinqləri barədə narahatdır və gələcək seçkilərdə qalib gəlmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. O keçmiş prezidentlərə qarşı nifrət yaradan metodun yenə də işə yarayacağına və Serj Sarkisyan və Robert Koçaryanı alçaldaraq Gümrüdə qalib gələcəyinə inanır.