AZ

"Alman ordusu azalır və qocalır" - Höql xəbərdarlıq etdi

Almaniya Bundestaqının Federal Ordu komissarı Eva Höql Almaniya ordusunun kiçildiyi və və yaşlaşdığı barədə xəbərdarlıq edib.

Berlində keçirilən mətbuat konfransında danışna Höql Almaniya ordusu ilə bağlı 2024-cü il hesabatını təqdim edən zaman alman ordusuna sahib çıxmaq lazım olduğunu deyib.

“Kifayət qədər sayda tam hazırlıqlı şəxsi heyət alman ordusunun müdafiə qabiliyyətinin açarıdır. Lakin buna baxmayaraq, 2031-ci ildə 203 min əsgər hədəfinin hələ də reallaşması uzaq görünür. 2024-cü ilin sonu etibarilə alman ordusunun 181 min 174 əsgəri var. Bu rəqəm 2023-cü ilə nisbətən 340 nəfər azdır. Orduda ortalama yaş isə 34-dür. Alman ordusu azalır və qocalır. Bunun qarşısı alınmalıdır”,-deyə o, qeyd edib.

“AzPolitika.info”

Seçilən
12
1
azpolitika.info

2Mənbələr