Rusiyanın “Primadonna”sı olan Alla Puqaçova paytaxt Moskaya dünən baş tutan dron hücumundan əvvəlcədən xəbərda olub.
O, bunu nəzərər alaraq bir neçə tanışına zəng edib və Moskvanı tərk etməyə çağırıb.
“Cebheinfo.az” xər verir ki, bunu “Кремлевская табакерка” “Telegram” kanalı yazıb.
“Yazmışdıq ki, hələ fevral ayında Primadonna Moskva və Moskva vilayətinə hücum oluna biləcəyi ilə bağlı narahatlığını öz tanışları ilə bölüşüb. İndi o, hazırda paytaxtda olan bir neçə dostuna bu barədə xatırlatmaq qərarına gəlib.
“Baş verən dəhşətdən sonra (söhbət Ukraynanın pilotsuz təyyarələrinin Moskvaya və bölgəyə dünən zərbə endirməsindən gedir - red.) Alloçka mənə zəng edərək dedi: “Mən sizə xəbərdarlıq etmişdim ki, bu, təhlükəli olacaq”.
O, məni dərhal, heç olmasa bir neçə aylıq xaricə getməyə çağırdı. Getməyi düşündüm, amma nüfuzlu insanların qəzəbinə tuş gəlməkdən qorxuram. Onlar inciyə bilərlər ki, mənim kimi məşhur adam çətin vaxtlarda Rusiyanı tərk edib”, - deyə Puqaçova ilə ünsiyyətdə olan məşhur müğənni bizə etiraf edib. O, adının çəkilməməsini xahiş edib”,-deyə “Telegram” kanalı yazır.
Müğənninin başqa bir dostu isə belə deyib: “Alloçka bəzi hərbçilərlə danışırdı, bilmirəm kimdir. Ona dedilər ki, hələlik heç bir halda Rusiyaya gəlmə. Alloçka narahatlıq içindədir və açığını desəm, məni də naraht etdi"
Hərbçilər arasında olan mənbə isə məşhurların bu açıqlamalarını belə şərh edib: “Təəccüblüdür ki, bəziləri Rusiyada müharibənin olduğunu indi anlayıb. Bəli, təhlükəlidir. Yaxşı ki, ağlınıza gəldi, nə deyim”.
Mənbə düşmənin paytaxta yeni hücum cəhdləri barədə heç bir proqnoz verməyib və o, panikaya son qoymağa çağırıb.