AZ

Üç hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən Elxan Əvəzlinin kassasiya şikayəti təmin edilməyib

Bakı. Trend:

Üç hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən kiçikçavuş Elxan Əvəzli barəsində olan hökmdən kassasiya şikayətiverib.

Trend-inməlumatına görə, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi iləkeçirilən prosesdə şikayətə baxılıb və qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Füzuli Hərbi Məhkəməsinin hökmünə əsasən, ElxanƏvəzli ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci il 2 yanvarda baş verib. DövlətSərhəd Xidmətinin Sərhəd Qoşunlarında kiçik çavuş rütbəsində xidmətedən Əvəzli Elxan öz xidməti silahından atəş açmaqla xidmət etdiyisərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılovYusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu vəkiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, dahasonra silahını ataraq hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarışlar nəticəsində o, 3 yanvar tarixindəLaçın rayonunda saxlanılıb.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr