AZ

AMB: Yeni tənzimləmələr BOKT-ların daha etibarlı və səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq 

2024-cü  ilin noyabr ayında qəbul olunmuş bank təşkilatlarının fəaliyyətində prudensial tənzimlənmə, eyni zamanda kredit riskləri qaydasında müəyyən dəyişikliklər olunmuşdur. 

FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Fuad İsayev Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.

O bildirib ki, BOKT-ların maliyyə xidmətlərində ənənəvi bank sektora çıxış məhdud olan əhali qrupu üçün mühüm əhəmiyyət kəsb edirlər. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən requlyativ çərçivəyə bir daha yenidən baxılmışdır. 2024-cü  ilin noyabr ayında qəbul olunmuş bank təşkilatlarının fəaliyyətində prudensial tənzimlənmə, eyni zamanda kredit riskləri qaydasında müəyyən dəyişikliklər olunmuşdur. Bu qaydalar özü də özündə kredit risklərinin idarə olunması və qiymətləndirilməsini, habelə risk monitorinq, orta faiz dərəcəsinin müəyyən olunması kimi məsələləri ehtiva etmişdir bununla yanaşı, risklərin daha effektiv şəkildə təmin olunması məqsədilə ehtiyatlanma ilə bağlı müəyyən yanaşma tətbiq olunmuşdur.

"Əvvəlki qanunvericilikdə yalnız girov əmanəti qəbul edən BOKT-lar ehtiyatlar yaratmaq tələb olunurdusa, yeni qanunvericiliyə uyğun olaraq artıq bütün fəaliyyətdə olan BOKT-lar bu ehtiyat  tələblərinə riayət etməlidirlər və bu islahatlar düşünürük ki, bank olmayan təşkilatların daha etibarlı və səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq". - deyə  Fuad İsayev vurğulayıb.

Seçilən
33
fed.az

1Mənbələr