Vətəninfo.az xəbər verir ki, Dövlət Duması Rusiya Ukrayna ilə atəşkəslə razılaşmayacağını açıqlayıb.
Deputat Viktor Sobolev hesab edir ki, 30 günlük atəşkəs yalnız ABŞ-a Ukraynanı yenidən silahlandırmağa və hərbi əməliyyatları yeni güclə bərpa etməyə imkan verəcək.
Bundan əvvəl Kiyev ABŞ-ın Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirilən görüşündən sonra əldə olunan müvəqqəti atəşkəs təklifi ilə razılaşıb.
Xatırladaq ki, danışıqlardan sonra ABŞ dövlət katibi Mark Rubio müxtəlif kanallar vasitəsilə Rusiya tərəfinə dərhal 30 günlük atəşkəs rejiminin yaradılması təklifinin təqdim ediləcəyini açıqlamışdı.