AZ

Döyüş yoldaşlarının cəsədi 3 il sonra verildi - Rəqs edərək vida etdilər - Video

Kiyevdə Rusiya-Ukrayna müharibəsində həyatını itirən yeni zelandiyalı döyüşçü Dominik Abelen ilə vida mərasimi keçirilib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, 28 yaşlı Dominik 2022-ci ilin avqustunda həlak olsa da, onun cəsədi Ukraynaya yeni təhvil verilib.

O, Ukrayna Baş Kəşfiyyat İdarəsinin Beynəlxalq legionunun döyüşçüsü olub. Dominikin döyüş yoldaşları və dostlarının da iştirak etdiyi vida mərasimi maraqlı anlarla yadda qalıb.

Belə ki, onun dostları cənazənin qarşısında Yeni Zelandiyada dəfn zamanı mütləq atribut olan “Haka” ritual rəqsini icra ediblər.

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Onu da qeyd edək ki, D.Abelen ölkəsində dəfn ediləcək.

Həmin görüntüləri təqdim edirik:






Seçilən
7
1
qafqazinfo.az

2Mənbələr