ABŞ-ın Federal Hökumətin Səmərəliliyinə Nəzarət Departamentinin rəhbəri, milyarder İlon Mask keçmiş prezident Co Baydenin hakimiyyəti dövründə 500 milyard dolların israf edildiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, o, ABŞ Hesablama Palatasının təqdim etdiyi rəqəmlərə əsaslanaraq belə bir bəyanatla çıxış edib.
Mask bildirib ki, hazırda dəymiş ziyanı aradan qaldırmaq və Amerika vergi ödəyicilərinin pullarına qənaət etmək üçün hər şey edilir. Fox Business qeyd edir ki, Musk ABŞ federal hökumətinin xərclərini 2 trilyon dollar azalda biləcəyinə ümid edir.