AZ

Əli Hüseynli: Qadın hüquqları və ailə məsələləri ilk dəfə konstitusiyada öz dəqiq təsbitini tapıb

Qadın hüquqları və ailə məsələləri ilk dəfə Azərbaycan Konstitusiyasında öz dəqiq təsbitini tapıb.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə keçirilən ictimai dinləmədə deyib.

O qeyd edib ki, 1995-ci il konstitusiyası bütövlükdə insan hüquqlarına, o cümlədən qadın hüquqlarına önəm verirdi:

“Azərbaycan qadını dünyada mövcud olan bütün müasir insan hüquqlarından istifadə etməyə başladı. Getdikcə qadınların idarəetmədə rolu daha da artdı, onların cəmiyyətin və dövlətin idarəetməsində iştirakı canlandı.
Hüquq sahəsində də, xüsusilə hakim korpusunda xanımlar üstünlük təşkil edirlər. Düşünürəm ki, ümumilikdə qadın-kişi bərabərliyi Azərbaycanda çox yaxşı təsbit olunub”.

Ə.Hüseynli vurğulayıb ki, ölkənin suverenliyində ən böyük pay Azərbaycan qadınına düşür.

Seçilən
16
1
report.az

2Mənbələr