Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Amerika kəşfiyyatının rəhbəri Con Li Ratklifflə telefon danışığı aparıb.
Narışkin və Ratkliff Moskva ilə Vaşinqton arasında qarşıdurmanı azaltmaq üçün iki ölkənin kəşfiyyat xidmətləri arasında müntəzəm təmaslar haqqında razılığa gəliblər. SVR və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri həmçinin ümumi maraqlar üzrə əməkdaşlıq və böhran vəziyyətlərinin həlli məsələlərini müzakirə ediblər.
Bundan əvvəl SVR-nin direktoru bildirmişdi ki, Ukrayna ərazilərini qonşu ölkələr arasında bölmək üçün belə bir ehtimalın dəqiq tarixi təhlilini aparmaq lazımdır.