AZ

İranşəhrdə silahlı hücum: Polis zabiti həlak olub

Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin müəllim bulvarında naməlum silahlı şəxslər polis qüvvələrinə hücum edib.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində kapitan rütbəli Rza Dərini həlak olub, kimliyi açıqlanayan başqa zabit isə yaralanıb.

Hücumçuların motoskletlə hadisə yerindən uzaqlaşdıqları və onların saxlanılması üçün əməliyyat başlanıldığı bildirilib. 

visiontv.az



Seçilən
44
visiontv.az

1Mənbələr