AZ

“Ukraynada Avropa sülhməramlılarını qəbul etməyəcəyik” –LAVROV

Rusiya Ukraynada Avropa sülhməramlılarını qəbul etmir

Moskva heç bir halda Ukraynada Avropa sülhməramlılarını və orada Rusiya əleyhinə qanunların qorunub saxlanmasını qəbul etməyəcək.

AzPost APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı blogger Mario Naufal, keçmiş hakim Endryu Napolitano və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Consona müsahibəsində bildirib.

NATO qoşunlarının Ukraynada olması Moskva üçün təhdiddir

Onun sözlərinə görə, NATO qoşunlarının Ukrayna ərazisində istənilən bayraq altında, istənilən keyfiyyətdə, o cümlədən sülhməramlı qüvvələr kimi olması Rusiya üçün təhdiddir: “Rusiyanı ərazilər deyil, insanlar maraqlandırır, ərazilər yalnız insanlar yaşadığı üçün vacibdir”.

Seçilən
25
azpost.info

1Mənbələr