AZ

"Biz 1/4 finala gedirik"

"Bavariya"nın mərkəz hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə "Bayer"ə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ingilis forvard bu barədə sonra sosial şəbəkə hesabında paylaşım edib.

“Bütün komandanın əla çıxışı. Daha yaxşı ola bilməzdi.Biz 1/4 finala gedirik"

Xatırladaq ki, cavab matçında "Bavariya" "Bayer"ə 2:0 hesabı ilə qalib gəlib. Münhen grandi ilk görüşdə “əczaçılar”ı 3:0 hesabı ilə məğlub edib. Vinsent Kompaninin komandası Milanın "İnter"i ilə qarşılaşacaqları Çempionlar Liqasının 1/4 final mərhələsinə inamla addımlayıb. Görüşlər gələn ay baş tutacaq.

Seçilən
11
90deqiqe.az

1Mənbələr