AZ

Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub.

QHT.az xəbər verir ki, o, 1987-ci ildə orta təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsa da, ön cəhbəyə könüllü olaraq gedənlərdən biri olub. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Elgiz Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qatılıb. O, Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı düşməni darmadağın edib. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri olub. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən Elgiz Kərimov 1992-ci ilin 12 mart tarixində Xocalı rayonunun Naxçıvanlı kəndi istiqamətində mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Ruhu şad olsun!

Seçilən
21
qht.az

1Mənbələr