AZ

Heç kimin bəyənmədiyi UAZ yolsuzluq avtomobilləri bahalaşdı

2024-cü ildə yeni UAZ avtomobillərinin qiymətləri 6% artıb. Bu barədə “İzvestiya”ya Ulyanovsk Avtomobil Zavodunun baş direktoru Aleksey Spirin məlumat verib.

"Təbii ki, makroiqtisadiyyat anlayışı, istehsalın maya dəyəri var ki, buna həm resurs tarifləri, həm də son dövrlərdə logistika, xammal və komponentlərin kəskin artan xərcləri təsir edir. Belə bir mənzərə fonunda biz bu xərcləri istehlakçıya ötürməmək üçün öz xərclərimizi aktiv şəkildə azaltmağa çalışırıq", -direktor qeyd edib.

Onun sözlərinə görə, hazırda UAZ avtomobilləri öz seqmentində münasib qiymətdə qalır. Bundan əlavə, mütəxəssis bu il satmağı planlaşdırdıqları dizel mühərrikli yeni "UAZ Profi" avtomobillərinin qiymətinin benzin modifikasiyasından baha olacağını bildirib. Üstəlik, belə bir avtomobil ən yaxın rəqiblərindən xeyli ucuz olacaq.



Tural

Seçilən
20
news365.az

1Mənbələr