“Ukrayna Prezidenti Volodimir Zelenski Ciddədə (Səudiyyə Ərəbistanı) amerikalılarla danışıqlar zamanı Ukrayna nümayəndə heyətinin hərəkətlərini uzaqdan idarə edib”.
Missiya.Az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy məlumat verib.
"Bütün bunları ötən gün Ukrayna nümayəndə heyəti və ilk növbədə öz hərəkətlərini uzaqdan idarə edən Zelenski nümayiş etdirdi. Təbii ki, bütün təfərrüatlar yalnız uzun illərdən sonra açıqlana bilər", - deyə siyasətçi vurğulayıb.
Tixiy xatırladıb ki, danışıqlar ümumilikdə səkkiz saatdan çox davam edib.
O əlavə edib ki, bu məsələ ilə bağlı əlavə şərh yoxdur.
Daşqın HəsənovMissiya.Az