İranın Lahican şəhərinin həbsxanasında saxlanılan məhbusintihar edib.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Məlumata görə, oğurluqda günahlandırılan məhbus, həb və metadon qəbul edərək həyatına son qoyub.
İnsan haqları fəalları məhbusun işinə yenidən baxılması üçün məhkəmə orqanlarına dəfələrlə etdiyi müraciətlərinin cavabsız qalmasına etiraz olaraq intihara əl atdığını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.
visiontv.az