AZ

Azərbaycan və Şimali Makedoniya diplomatik pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayıb

Azərbaycan hökuməti və Şimali Makedoniya hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saziş Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə Şimali Makedoniya xarici işlər naziri Timço Mutsunski arasında imzalanıb.

Seçilən
18
8
report.az

10Mənbələr