AZ

SİF: "Güzəştli kreditlərlə təmin edilən sahibkarların sayı 74,7 faiz artıb"

2024-cü ildə SİF tərəfindən güzəştli kreditlərlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7 faiz çox olmuşdur. 

FED.az xəbər verir ki bunu, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.

O qeyd edib ki,  2024-cü ildə Fond tərəfindən güzəştli kreditlərlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7 faiz çox olmuş və 5722-ə çatmışdır. Verilmiş kredit məbləğlərinin ümumi məbləği isə 28 faiz artaraq 248 milyon manat olmuşdur.

Seçilən
32
fed.az

1Mənbələr