Türkiyə millisinin və "İnter"in futbolçusu Hakan Çalhanoğlu unikal nailiyyətə imza atıb.
QOL.az xəbər verir ki, o, bunu ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin "Feyenoord"la matçında (2:1, ilk görüş - 2:0) fərqlənməklə bacarıb. O, 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Nəticədə 31 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında bənzərsiz uğur qazanıb. Belə ki, Hakan ÇL-də 10+ qol vuran və10+ məhsuldar ötürmə verən ilk türk futbolçu olub.
Qeyd edək ki, "İnter" Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə qarşılaşacaq.