AZ

SİF bu ildən iki yeni sahəyə güzəştli kreditlər ayıracaq

Bakı. Trend:

Bu ildən etibarən Sahibkarlığın İnkişafı Fondu (SİF) iki yeniprioritet istiqamət üzrə güzəştli kredit ayıracaq.

Trend xəbər verir ki, bunuSahibkarlığın İnkişafı Fondu (SİF) Partnyorlarla İş şöbəsininmüdiri Rüstəm Əliyev bu gün Bakıda keçirilən 1-ci Milli MaliyyəƏlçatanlığı Forumunda deyib.

O bildirib ki, bunun üçün hər il fondun müşahidə şurasıtərəfindən prioritet istiqamətlər təsdiqlənir: "2025-ci il üçüntəsdiqlənmiş prioritet istiqamətlərə sənaye məhsulları istehsalı,kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistikxidmətlər, anbar komplekslərinin yaradılması, balıqçılıq, rəqəmsalinkişaf və innovasiyaya yönümlü layihələr, həmçinin "yaşıllayihələr", kütləvi informasiya vasitələrinin inkişafı yönümlülayihələr, turizm, təhsil, tibb sahəsi daxildir. Qeyd edim ki,turizm yalnız Bakı, Sumqayıt və Abşeron istisna olmaqlamaliyyəşdirilir. Digər sahələr isə bütün respublika ərazisindəhəyata keçirilir".

"Bu ildən etibarən prioritet istiqamətlərə iki yeni istiqamətəlavə olunub. Bunlardan biri xidmət sahəsidir. Bu sahə üzrə yalnızavadanlıq alışının maliyyələşdirilməsinə illik 9%-lə tətbiq edilir.Həmçinin alınacaq avadanlıqların girov qoyulması yolu ilə həminmexanizm çərçivəsində maliyyələşdirilir.

Digər yeni prioritet istiqamət isə mədəniyyət və yaradıcı sahəniəhatə edir. Bu istiqamətlər hər il təsdiqlənir və hər il dəyişəbilər. Müraciətlər üçün tələb olunan sənədlərin sayı da 10-dan 6-yaetdirilərək sadələşdirilmişdir", - deyə R. Əliyev vurğulayıb.

Məqalədə:
Seçilən
32
7
az.trend.az

8Mənbələr