Ötən gecə keçirilən “Liverpul” və PSJ arasındakı qarşılaşmanın ən çox danışılan oyunçularından biri Dembeledirsə, digəri isə Darvin Nunezdir.

Offsideplus.az xəbər verir ki, komandası məğlub olan zaman Slot yeni nəfəs olaraq oyuna daxil etdiyi Nunezdən istədiyi performansı ala bilməyib. Uruqvaylı hücumçu bir neçə vacib anı əldən verib hətta, penaltilər seriyasında da, zərbəni qola çevirə bilməyib. Onun ötən gecə baş tutan oyunda göstəriciləri belədir:

- 0 qol, 0 məhsuldar ötürmə

- 0 zərbə, 0 açar ötürmə

- Qaçırılan penalti

Qeyd edək ki, həmin görüşdə qalib əsas vaxtda müəyyənləşmədi. Penaltilər seriyasında Fransa təmsilçisi ev sahiblərindən üstün oldu.