AZ

Avstraliyalı xəstə süni ürəklə 100 gün sağ qaldı

Avstraliyanın Yeni Cənubi Uels əyalətində yaşayan və kimliyi açıqlanmayan 40 yaşlarında olan bir xəstəyə 2024-cü ilin noyabrında Sidneydəki St.Vinsent xəstəxanasında altı saat davam edən əməliyyat nəticəsində süni ürək nəql edilib.

Demokratikmusavat.com xəbər verir ki, daha əvvəl bu texnologiya ABŞ-də maksimum 27 gün ərzində donor ürək nəqli alan beş xəstə üzərində sınaqdan keçirilmişdi. Ancaq Avstraliyada bir xəstə tamamilə süni ürəklə 100 gün sağ qalaraq rekord qırıb.

Sidneydə aparılan uğurlu əməliyyatdan sonra xəstə donordan alınan real ürək transplantasiyası ilə sağlamlığına qovuşub.

Avstraliya hökuməti süni ürək texnologiyasının inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramına start verib.

Süni ürəklər gələcəkdə orqan donorluğundan asılılığı azaltmaqla milyonlarla insanın həyatını xilas edə bilərmi? Bu sualın cavabını yaxın illərdə görəcəyik.

Həmidə İbrahimova

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
16
1
Demokratikmusavat.com

4Mənbələr