Bakı. Trend:
Mikro, kiçik və orta sahibkarlıq (MKOS) Azərbaycaniqtisadiyyatında əlavə dəyərin təxminən 15 faizini təmin edir.
Trend xəbərverir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)Azərbaycandakı rəhbəri Natali Mouravidze Bakıda keçirilən I MilliMaliyyə Əlçatanlığı Forumunda bildirib.
“Azərbaycanda MKOS əhəmiyyətli istifadə olunmamış potensialamalikdir. Hal-hazırda onlar ölkə iqtisadiyyatında əlavə dəyərin 15faizinə yaxınını təmin edirlər və iş yerlərinin 50 faiziniyaradırlar”, - deyə o bildirib.
Onun sözlərinə görə, AYİB Azərbaycanda da MKOS-un ticarimaliyyələşməsi və kreditləşməsində öz iştirakını genişləndirir.
"Yaxın illərdə tərəfdaşlarımızla birlikdə KOS-ların rəqabətqabiliyyətinin artırılmasına, “yaşıl” maliyyələşdirmətəşəbbüslərinin genişləndirilməsinə, biznesdə qadınlarındəstəklənməsinə, eləcə də ölkədə gənclərin məşğulluq imkanlarınınartırılmasına diqqət yetirəcəyik", - deyə bankın nümayəndəsibildirib.
O vurğulayıb ki, Azərbaycanın KOS subyektlərinin əhəmiyyətlihissəsi, ticarət, nəqliyyat, otel biznesi, ictimai iaşə kiminisbətən aşağı əlavə dəyərli sektorlara təmərküzləşib.
Mouravidze qeyd edib ki, innovasiyaları tətbiq edən şirkətlərAzərbaycanın növbəti iqtisadi artım mərhələsinin lokomotivi olacaq.Bu keçidin əsas amili rəqəmsallaşmadır.
“Texnologiyalar KOS üçün oyun qaydalarını köklü şəkildədəyişərək, yeni imkanlar yaradır, səmərəliliiyi artırır, bazarlarınəlçatanlığını artırır, iri şirkətlərlə bərabər şərtlər yaradır.Avtomatlaşdırmadan tutmuş elektron ticarətə kimi, Əşyalarıninternetindən tutmuş, mikroödənişlərə kimi – rəqəmsallaşmagenişlənmə və rəqabət qabiliyyətinin artırılması üçün yeniperspektivlər açır. Kiçik və orta sahibkarlıq dəyişikliklərə tezbir zaman uyğunlaşmaq qabiliyyətinə malik olmaq kimi üstünlüyəmalikdir. Biz rəqəmsal keçidə can atan KOS subyektlərinə məsləhətxidmətləri və maliyyələşdirmə təqdim etdiyimizlə qürur duyuruq", –deyə o bildirib.