Kolumbiyanın cənub-qərbində, Cauca departamentinin Balboa qəsəbəsində körpü təmiri ilə məşğul olan əsgərlərə bombalı hücum edilib. Nəticədə 5 əsgər həlak olub, 6 nəfər yaralanıb.
Far.Az trt haber-ə istinadən xəbər verir ki, rəsmi şəxslər hücumu qınayaraq, bunun bölgənin sabitliyinə təhlükə yaratdığını bildiriblər. Hücumda FARC-ın çətir təşkilatı olan Estado Mayor Central (EMC) qrupunun Carlos Patino fraksiyasının əli olduğu ehtimal edilir.
EMC, FARC-ın sülh sazişinə qoşulmayan qanadı kimi tanınır və Kolumbiya, Venesuela və Ekvadorda fəaliyyət göstərir.