AZ

Təmkin Xəlilzadə: Yenidən Çempionlar Liqasının qalibi olmaq istəyirik

Bakı, 12 mart, AZƏRTAC

“Çox ağır mövsüm keçirdik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Birbaşa Bakı” minifutbol komandasının heyətində Azərbaycan çempionu olan Təmkin Xəlilzadə deyib.

O, çempionluq titulunu qoruyub saxlamağın çətin olduğunu bildirib: “Çünki liqamızda rəqabətli komandalar var. “Birbaşa Bakı” da son illərin dəyişilməz çempionudur. Üzərimizdə çox təzyiq var idi. Daim birinci olmaq gücündə komandamız var. Şükürlər olsun ki, hədəfimizə çatdıq. Bu çempionluğun dadını çıxaracağıq”.

31 yaşlı futbolçu komandasının gələcək hədəflərindən də söz açıb: “Bildiyiniz kimi, Çempionlar Liqasının son qalibi bizik. Növbəti hədəf yenidən bu titulu qazanmaqdır”.

Vaxtilə futbol üzrə Azərbaycan millisində və ölkənin tanınmış komandalarında çıxış edən oyunçu “Yenidən böyük futbola qayıdacaqsanmı?” sualına belə cavab verib: “Zamana buraxmaq lazımdır. Hər şey ola bilər”.

Qeyd edək ki, ötən mövsüm də “Birbaşa Bakı” komandası Azərbaycan çempionu olub.

Seçilən
31
azertag.az

1Mənbələr