AZ

Avropaya xəbərdarlıq edildi: Dəhşətli müharibəyə hazırlaşın

Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius Rusiyanın Avropanı təhdid etdiyini bildirərək, gələcək hərbi münaqişələrə hazır olmağa çağırıb.

Publika.az xəbər verir ki, Andrius Kubilius bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında deyib.

O vurğulayıb ki, Avropa gələcəkdə hərbi münaqişələrin qarşısını almaq üçün müharibəyə hazırlaşmalıdır:

"İndiki təhlükə ilə üz-üzəyik. Heç birimiz həyatımızda belə bir şey görməmişik. Avropa bizə qarşı mümkün olan ən dəhşətli müharibənin qarşısını almaq üçün hazır olmalıdır. Rusiyanın Avropanı hansı yolla təhdid etdiyini izah etməyəcəm, lakin “güclü Avropa” yaratmaqla sülhə nail olmaq üçün Ukraynanı dəstəkləməliyik”.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropanı yenidən silahlandırmaq planını maliyyələşdirmək üçün dörd il ərzində 800 milyard avro cəlb etməyi təklif etmişdi. Bu vəsaitin əhəmiyyətli hissəsinin Avropa ölkələrinin büdcələri hesabına təmin edilməsi nəzərdə tutulurdu.

Seçilən
12
1
publika.az

2Mənbələr