AZ

ABŞ hökumətinin maliyyələşdirilməsinin uzadılması təsdiqlənib

ABŞ Konqresinin Nümayəndələr Palatası maliyyələşməni sentyabrın 30-na qədər uzatmaqla hökumətin bağlanmasının qarşısını almağa yönəlmiş qanun layihəsini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Qanun layihəsinin lehinə 217 deputat, əleyhinə 213 deputat səs verib.

Sənəd yuxarı palatada da qəbul ediləcək.

Cari maliyyələşdirmə müddəti martın 14-də Vaşinqton vaxtı ilə saat 23:59-da başa çatır.

Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi hökuməti cari maliyyə ilinin sonuna, sentyabrın 30-na kimi maliyyələşdirəcək və müdafiə proqramları üçün maliyyəni artıracaq, lakin qeyri-müdafiə proqramları üçün maliyyəni azaldacaq.

Seçilən
20
operativmm.az

1Mənbələr