AZ

Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu

Martın 11-də axşam saatlarında Rusiya Federasiyasının hərbçiləri Odessanın liman infrastrukturuna raket hücumu həyata keçirib, nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Odessa Vilayət Prokurorluğu Telegram-da məlumat yayıb.

Qeyd olunub ki, ruslar Odessaya “İsgəndər-M” ballistik raketi ilə hücum ediblər.

İnfrastruktur obyektlərinə və Barbados Respublikasının bayrağı altında üzən mülki gəmiyə ziyan dəyib.

Xəbər 6 dəfə oxunub.
Seçilən
11
xezernews.az

1Mənbələr