Olaylar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistan mətbuatına müsahibəsində deyib.
O, İrəvanın qonşu ölkələrlə münasibətlərini normallaşdırmağa çalışdığını bildirib:
"Ermənistanın dörd qonşusu var. Şərq qonşumuz Azərbaycandır, onunla sülh yaratmağa və dövlətlərarası münasibətlər qurmağa çalışırıq. Qərb qonşumuz 30 ildən çoxdur sərhədlərimizin bağlı olduğu Türkiyədir. Hazırda Ankara ilə kifayət dinamik dialoq aparırıq. Məqsədimiz iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasıdır. İndiyədək biz kiçik, lakin nəzərəçarpacaq addımlar ata bilmişik, lakin əldə olunan bir sıra razılaşmalar hələ də həyata keçirilməyib.
Biz artıq qərarlaşdırmışıq ki, sərhəd ilk növbədə üçüncü ölkələrin vətəndaşları, eləcə də Ermənistan və Türkiyənin diplomatik pasportlarına malik olan şəxslər üçün açılmalıdır. Bu bənd icra edilməyib, amma müzakirələri davam etdiririk. Münasibətlər tam şəkildə normallaşarsa, bu, təkcə hər iki ölkə üçün deyil, həm də regionda və ondan kənarda olan bir sıra digər aktorlar üçün faydalı olacaq. (Globalinfo)