"Beşiktaş"ın prezidenti Serdar Adalı daha öncə "Qalatasaray"la oyun üçün əcnəbi hakim istədiyini bildirmişdi.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi "Qalatasaray" - "Fənərbağça" oyununu xarici referilərin idarə etməsindən sonra bu addımı atmışdı. Bundan əlavə, klub tərəfindən yayılan bəyanatda Türkiyə Futbol Federasiyasına da bu yöndə müraciət edildiyini qeyd edilib. Lakin TFF-nin qeyri-müəyyən cavabları "Beşiktaş"ın səbr kasasını daşırıb.
Martın 30-da keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyununa əcnəbi hakim gətirilməsə, o zaman "qara qartallar" dünyaya səs gətirəcək bir hərəkət edəcək.
Belə ki, "qara-ağlı" futbolçular formalarını çıxarıb, 5 qırmızı vərəqə alaraq oyunu boykot etmək istəyir. Rəhbərlik də bu fikri dəyərləndirəcək və oyun gününə qədər qərarını verəcək.