AZ

Yanvar-fevral aylarında 1 tondan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Bakı, 12 mart, AZƏRTAC

2025-ci ilin yanvar-fevral aylarında narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

İşçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1521 cinayət faktı aşkarlanıb. Onlardan 447-i narkotik vasitələrin qanunsuz satışı, 1069-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 461 kiloqram 247, 933 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 269 kiloqram 316, 871 qramını marixuana, 102 kiloqram 963,95 qramını heroin, 32 kiloqram 819,082 qramını tiryək, 13 kiloqram 325,5 qramını həşiş, 4 kiloqram 158,247 qramını digər narkotik vasitələr və 38 kiloqram 664,283 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 2074 ədəd metadon, 15 ədəd çətənə bitkisi, 3 kiloqram 210 qram və 13155 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Seçilən
19
azertag.az

1Mənbələr