AZ

ÇL-də bunu edən ilk qapıçı oldu

"Liverpul"un qapıçısı Alisson Bekker, Çempionlar Liqasının 1/8 finalında PSJ ilə qarşılaşmanın qəhrəmanlarından biri olub.

90deqiqe.Az-ın "Opta"ya istinadən verdiyi xəbərə görə, braziliyalı qapıçı Parisdəki 1:0 qələbəsində 10 zərbənin hamısını dayandırıb,

Bununla da, Alisson, 2017-ci ildən bəri Çempionlar Liqasının pley-off matçında 16 zərbəni xilas edən ilk qapıçı olub.

Xatırladaq ki, Luis Enrikenin yetirmələri evdə eyni hesablı məğlubiyyətdən sonra cavab oyununda “Liverpul”a qalib gəlib (1:0). Penaltilər seriyasında isə PSJ-nin futbolçuları daha dəqiq olub - 4:1.

Seçilən
10
90deqiqe.az

1Mənbələr